Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Rusiya Federasiyasına səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib...

Bu barədə Poliqon-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Mikayıl Cabbarov Rusiyaya işgüzar səfəri çərçivəsində Rusiya Hökumətinin sədr müavini, sənaye və ticarət naziri Denis Manturov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Mərkəzi Bankın sədri Elvira Nabiullina, həmçinin Rusiyanın bir sıra şirkət və kommersiya qurumlarının rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə AzərbaycanRusiyanın əlaqələrin inkişafına verdiyi böyük önəm sayəsində iqtisadi əməkdaşlığın genişləndiyi vurğulanıb. Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və qeyri-neft məhsullarımızın ixracında birinci yerdədir. Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişaf gündəliyindəki məsələlərin müzakirə edildiyi görüşlərdə ticarət, nəqliyyat, sənaye, o cümlədən maşınqayırma, gəmiqayırma, əczaçılıq, innovasiyalar, süni intellekt əsaslı həllərin tətbiqi, maliyyə və digər sahələrdə dinamikanın artırılması üçün perspektivlər qeyd olunub.

Azərbaycanın qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye zonalarında sahibkarlara təqdim edilən güzəşt və stimullar, birgə layihələrin reallaşdırılması imkanları barədə məlumat verilib. Görüşlərdə əməkdaşlığı təşviq edən mexanizmlərin təkmilləşdirilməsi, ikitərəfli maliyyə gündəliyi və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay