Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Google” istifadəçilərin şəxsi məlumatlarının olduğu milyardlarla qeydi siləcək

“Google” şirkətin “Chrome” brauzerindən istifadə edən 136 milyondan çox ABŞ sakini haqqında şəxsi məlumatları ehtiva edən milyardlarla qeydi silməyə razılıq verib...

“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

“Google”a qarşı istifadəçilərin qeyri-qanuni izlənilməsi, o cümlədən “Chrome” brauzerində istifadəçilərin internet fəaliyyətinin hətta gizli rejimdə olduqda belə izlənməsi iddiası ilə kollektiv iddia qaldırılıb.

Məxfiliyin pozulması iddiası ilə “Google”a qarşı qaldırılan 5 milyard dollarlıq iddia hələ 2020-ci ilin iyununda açılmışdı. Lakin şirkətin vəkilləri bir neçə dəfə prosesi təxirə salmağa çalışıblar.

Bu ilin fevralında tərəflər “Google”dan məlumat mərkəzlərində saxlanılan milyardlarla şəxsi qeydləri silməyi tələb edən rəsmi “sülh sazişi” bağlamaq niyyətlərini ifadə ediblər.

“Google”un şəxsi məlumat toplamasını məhdudlaşdırmaq üçün digər nəzarətlər tədbirləri tətbiq olunacaq”, - AP yazır.

Nəşr qeyd edir ki, sazişin şərtləri aprelin 1-də açıqlanıb. Məhkəmə sənədi iyulun 30-na təyin edilmiş məhkəmə iclasında təsdiq etməlidir. Bu sazişə əsasən, iddiaçılar heç bir ödəniş almayacaqlar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

Ən çox oxunanalar