Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Apple yeni iPad-lərin təqdimatını təxirə saldı

Apple may ayında yeni iPad Pro və iPad Air modellərini təqdim edəcək...

Apple yeni iPad Pro və iPad Air modellərini əvvəlcədən gözlənildiyi kimi martın sonunda və ya apreldə deyil, mayın əvvəlində təqdim edəcək.

Poliqon xəbər verir ki, bu barədə tanınmış insayder və Bloomberg Agentliyinin müxbiri Mark Qurman məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, Apple iPad Pro və iPad Air modelləri üçün yeniləmələr üzərində işləyir. iPad Pro modellərində OLED displey texnologiyası və yeni M3 çipləri, iPad Air modelləri isə standart 10,9 düym və daha böyük 12,9 düym ölçüdə olacaq. Bu, Apple ilk dəfə iPad Pro-nu OLED displeylə təchiz edəcək və Air seriyasına 12,9 düymlük versiya əlavə edəcək.

Qurmanın sözlərinə görə, Apple-ın təchizatçıları hazırda yeni iPad-lərin istehsalını gücləndirirlər. Apple əvvəlcə iPad-i martda və ya aprelin əvvəlində buraxmağı planlaşdırırdı, lakin görünür, yeni qurğular üçün proqram təminatının təkmilləşdirilməsi üzərində işlənilir. Həmçinin OLED iPad Pro modelləri də mürəkkəb texniki təkmilləşdirmələr tələb edir.

Şayiələrə görə, Apple may ayında planşetlərlə yanaşı üçüncü nəsil Pencil-ı da təqdim edəcək. O, təkcə iPad ilə deyil, həm də Vision Pro qulaqlığı ilə sinxronizasiyanı dəstəkləyəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Ən çox oxunanalar