Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron: Putinlə digər dövlət başçılarından daha tez-tez danışıram...

Fransa prezidenti Emmanuel Makron onunla Rusiya prezidenti Vladimir Putin arasında münasibətlərin soyuması ehtimalını təkzib edib...

Poliqon xəbər verir ki, bu barədə Fransa lideri France 2 telekanalına müsahibəsində bildirib.

Makron qeyd edib ki, Ukraynada münaqişə başlayandan bəri Rusiya prezidenti ilə bir neçə dəfə telefonla danışıb. O əlavə edib ki, Putinlə digər dövlət başçılarından daha tez-tez danışır.

"Şübhəsiz ki, onunla ən çox danışan prezident mənəm. Münasibətlər soyuq deyil, şəxsi də deyil. Mən bunu şəxsi etmək istəmirəm, bunun heç bir mənası yoxdur. Bu fantastika deyil, serial roman deyil", deyə Makron bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bununla bağlı Le Monde nəşrinə müsahibəsində bildirib ki, Makron son vaxtlar Rusiyaya qarşı getdikcə daha sərt mövqe nümayiş etdirir və hətta onun qaçılmaz məğlubiyyətini iddia edir. Ukrayna lideri müsahibəsində bildirib ki, bunun bir neçə səbəbi var. Zelenski qeyd edib ki, Fransa prezidenti çox güman Putinin onu şəxsən aldatdığını anlayıb.

"Putin müəyyən liderlərə sözün əsl mənasında, bir neçə gün əvvəl genişmiqyaslı işğal olmayacağına dair söz vermişdi. Ona görə də Makron artıq Putinə etibar etmir. Doğrudan da, bu, bir qədər vaxt apardı, amma nəticə var", deyə Zelenski qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay