Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lufthansa” stüardessaları tətil etdilər: 70 min insan…

Almaniyada uçuş bələdçiləri və stüardessaların tətili başlayıb...

Tətil səbəbdən “Lufthansa” hava yolları şirkətinin yüzlərlə reysi təxirə salınıb və onminlərlə sərnişin çarəsiz vəziyyətdə qalıb.

Səhər saatlarında uçuş bələdçiləri Almaniyanın ən böyük hava limanı olan Frankfurt-Maynda tətilə başlayıblar. “Lufthansa” əməkdaşları gecə saatlarına qədər tətili davam etdirmək niyyətindədirlər.

Xatırladaq ki, ötən gün hava yolu şirkəti Frankfurtda 600 reysin ləğv ediləcəyini və buna görə 70 min sərnişinin ziyan görəcəyini bildirib.

Həmçinin aksiyanın Münhen hava limanında da davam etdirilməsi planlaşdırılıb ki, bu zaman 400 reysin ləğvi üzündən 50 min sərnişin uçuşlarını gerçəkləşdirə bilməyəcək.

Uçuş bələdçilərinin həmkarlar ittifaqı “Lufthansa” işçilərinin maaşının 15 faiz artırılmasını, 3000 avro mükafat və daha yüksək bonuslar verilməsini tələb edir.(oxu.az)

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar