Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qızıl Moruq 2024”ün əsas mükafatlarını qazanan filmin adı açıqlandı

ABŞ-də son bir ildə kino sahəsində ən pis nailiyyətləri tanıyan “Qızıl Moruq 2024” mükafatının qalibləri elan edilib.

Poliqon xəbər verir ki, mükafatların sayına görə lider “ən pis film”, “ən pis rejissor”, “ən pis ssenari”, “ən pis ekran cütlüyü” və “ən pis remeyk, parodiya və ya davam” daxil olmaqla beş nominasiyada qalib gələn “Vinni Puh: Qan və bal” (Winnie-the-Pooh: Blood and Honey) qorxu filmi olub.

Qeyd edilənlərin sayına görə lider olan “Məğlubedilməzlər-4” (The Expendables-4) adlı döyüş filmi “ən pis ikinci plan aktrisası” (Meqan Foks) və “ən pis ikinci plan aktyoru” (Silvester Stallone) kateqoriyalarında iki Qızıl Moruq alıb. Meqan Foks həmçinin “Conni və Klayd” (Johnny and Clyde ) filmindəki rolu üçün ən pis aktrisa seçilib. Mərasim təşkilatçılarının press-relizində onun ikiqat qələbəsi “nadir nailiyyət” adlandırılıb. Silvestr Stallonenin qələbəsi isə “Qızıl Moruq” çempionu tituluna iddiasını daha da gücləndirib.

“2023-cü ilin uzunmüddətli tətili zamanı Aktyorlar Gildiyasına görkəmli rəhbərliyinə görə” xüsusi mükafat “SAG-AFTRA” aktyorlar ittifaqının prezidenti Fren Dreşerə verilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar