Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP futbol azarkeşlərinə müraciət edib

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi "Qarabağ" - "Bayer 04" matçının ərəfəsində futbol azarkeşlərinə müraciət edərək onları ictimai nəqliyyat üstünlük vermələrinə çağırıb.

Poliqon xəbər verir ki, İdarənin müraciətində qeyd olunub:

"Bu gün doğma komandamız “Qarabağ” və Almaniyanın “Bayer Leverkuzen” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur"

Poliqon.info


Etiket: DYP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Ən çox oxunanalar