Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan dili üzrə sertifikat alan şəxslər növbəti imtahandan azad olunacaqlar    

“2017-ci ildən dil biliklərinin artırılması istiqamətində işlər aparılır. Bu yöndə aparılan qiymətləndirmələrə görə, bu gün 11-ci sinfi bitirənlərin xarici bilikləri B1 səviyyəsindədir”...

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən Azərbaycan dili üzrə sertifikasiya imtahanının modelinin təqdimatı mərasimində məlumat verib.

O bildirib ki, CEFR (The Common European Framework of Reference for Languages) standartları çərçivəsində 2023-cü ilin statistikasına görə, altı il ərzində aparılan dil biliklərinin səviyyəsinin artımı özünü göstərir:

“Biz istərdik ki, riyazi biliklərin də səviyyəsi artsın, amma təəssüf ki, hazırda elə deyil. 11-ci siniflərin riyazi bilik səviyyəsi ürəkaçan səviyyədə deyil”.

“CEFR çərçivəsində magistratura qəbulu zamanı nəticələr B+ səviyyəsini göstərir. Ümumiyyətlə, CEFR standartları çərçivəsində keçiriləcək imtahanlar imkan verəcək ki, hər kəs öz bilik səviyyəsini yoxlasın. Bu imtahanlardan keçən və sertifikat alan şəxslər isə növbəti imtahandan azad olunacaqlar. Amma bu imtahanı kütləvi şəkildə keçirib hüquqi müstəvidə qərar vermək üçün hazırda bizdə kifayət qədər data yoxdur. İlkin pillədə ən azı 2-3 min adamın bu imtahanı verməsi lazımdır ki, biz nəticələri yoxlayaq. Nəticələrdən asılı olaraq, biz deyə biləcəyik ki, TOEFL, IELTS analoqu olan Azərbaycan dili imtahanımız var.

Qeyd edim ki, bu imtahanlar onlayn olacaq və şəxslər anonim şəkildə bu imtahandan keçə biləcəklər”, - sədr qeyd edib.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Dövlət Departamenti: Cənubi Qafqaz məsələsi dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir

Ən çox oxunanalar