“Məndə nadir görünən bir şey oldu. Dövlətim məni yenidən həyata gətirdi. Şikəst qalma təhlükəsi var idi”...
Bunu “AzTV”yə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev deyib.
O bildirib ki, indi yalnız müəlicə olmağı qalıb:
“Məndə heç bir qalıcı fəsad olmadı. Bu, məni çox sevindirdi”, - deyə bəstəkar bildirib.
Ətraflı videomaterialda:
Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu üzə çıxdı.
Poliqon.info