Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev oliqarx imiş - Klinika, “parnik“lər, “zaprvka“, obyektlər...

Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin böyük biznes şəbəkəsi var imiş...

Bu barədə AzFakt.com-un mötəbər mənbədən əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev təyinatından öncə Bakıda parkinq biznesinə girişsə də, bu sahədə güclü rəqibləri onu bazardan çıxara bilib.

Coşqun Əliyevin parkinq proyekti iflasa uğrasa da, o, bir çox sahələrdə geniş biznes qurmağı bacarıb.

Belə ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin hazırda Xəzər rayonunun Zirə qəsəbəsində sahəsi hektarlarla olan pomidor və xiyar istixanaları var. C.Əliyevin uzun illərdir bu istixanalardan miltonlarla gəlir əldə etdiyi bildirilir.

Coşqun Əliyevin paytaxtın Yasamal rayonunda da dəyəri milyonlarla ölçülən obyektləri var. Bu obyektlərdən biri hazırda klinika kimi fəaliyyət göstərir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İsmayıllıBərdə rayonlarında da xeyli sayda obyektlərinin olduğu məlumatlar sırasında yer alır.

Qeyd edək ki, Coşqun Əliyev 2023-cü ilin dekabr ayının 19-da Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Coşqun Əliyevin pedoqoji fəaliyyəti barədə heç bir məlumat yoxdur.

Maraqlıdır ki, Coşqun Əliyevin bioqrafiyası barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəsmi saytında da məlumata rast gəlinmir.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində 409 müəssisə fəaliyyət göstərir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar