Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Danimarka bütün artilleriyasını Ukraynaya təhvil verib

Danimarka silahlı qüvvələri artıq bütün artilleriyasını Ukraynaya təhvil verib, indi Avropa ölkələri anbarlarda saxlanılan sursatları Kiyevə göndərməlidir...

“Report”un məlumatına görə, bunu Danimarkanın baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında debat zamanı deyib.

“Danimarka tərəfində biz bütün artilleriyamızı təhvil vermişik, lakin hələ də Avropada anbarlarda döyüş sursatları var. Söhbət təkcə istehsaldan getmir, çünki bizim silahlarımız, sursatlarımız, hava hücumundan müdafiə vasitələrimiz var, buna ehtiyacımız belə yoxdur. Hazırda biz onu Ukraynaya çatdırmalıyıq”, - hökumət başçısı bildirib.

Frederiksen hesab edir ki, Avropa Ukraynaya kömək etmək üçün daha çox iş görməlidir; münaqişənin başlanmasının ikinci ildönümü Qərbdən Kiyevə böyük silah ianələri ilə qeyd olunmalıdır.

“Söhbət döyüş sursatı, artilleriya, uzaqmənzilli raketlər, dronlar və daha çox şeylərdən gedir. Vurğulamaq istəyirəm ki, Ukrayna üçün əlavə sözlər deyil, yeni tədarüklər, yeni ianələr, hərbi texnika olmalıdır. Sözlər bu vəziyyəti həll etməyəcək”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Ən çox oxunanalar