Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bolqarıstan Trampın NATO ilə bağlı sözlərini dəstəkləyib

Bolqarıstanın müdafiə naziri Todor Taqarev ABŞ prezidentliyinə namizəd Donald Trampın bəyanatlarını başa düşülən adlandırıb və qeyd edib ki, Vaşinqton müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməyən ölkələri müdafiə etməməlidir...

Poliqon xəbər verir ki, bu barədə "Euractiv" pirtalı məlumat yayıb.

Bolqarıstanın müdafiə naziri vurğulayıb ki, öhdəlik götürmüş müttəfiq ölkələr onlara hörmət etməli və yerinə yetirməlidir.

"Tramp kampaniya aparır və onun mövqeyi kifayət qədər aydındır. Bütün ölkələr müdafiə xərclərini artırmaq üçün bu öhdəliyi hələ 2014-cü il sammitində, yəni 10 il əvvəl götürmüşdülər və bəzilərinin hələ də bu 2%-ə ÜDM-in çatmaması narahatedicidir. Biz bu yükü birlikdə daşımalıyıq", deyə Taqarev bildirib.

Eyni zamanda o, Avropanı Şimali Amerikadan ayırmaq istiqamətində addımlar atmamağa çağırıb. Bolqarıstan Müdafiə Nazirliyinin rəhbəri ölkəsinin bütün öhdəliklərini yerinə yetirdiyini də vurğulayıb.

"Bu büdcənin təxminən 1/3-ni müttəfiqlərimiz tərəfindən olduqca yaxşı qarşılanan yeni döyüş imkanlarına sərmayədir. Təcavüzkar ölkəyə NATO ərazisinin bir kvadrat santimetri belə verilməyəcək", deyə Taqarev vurğulayıb.

Fevralın 11-də ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada seçki kampaniyası zamanı bildirib ki, əgər yenidən seçilsə, o, nəinki müdafiəyə kifayət qədər pul xərcləməyən NATO ölkələrini müdafiə etməyəcək, hətta Rusiyanın belə ölkələrə potensial hücumlarını təşviq edəcək.

ABŞ-ın hazırkı prezidenti Co Bayden hesab edirdi ki, Tramp öz açıqlamaları ilə Rusiya prezidenti Vladimir Putini NATO-ya hücuma sövq edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Ən çox oxunanalar