Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

13 peşə adı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı təsdiq edilib...

Poliqon.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı sığorta-pensiya sistemində aparılan ardıcıl islahatlar nəticəsində güzəştli şərtlərlə pensiya hüququ verən siyahının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Güzəştli şərtlərlə (5 il erkən) pensiya hüququ verən peşə və vəzifələrin hazırda qüvvədə olan siyahısı 35 hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarətdir. Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də müasir texnologiyanın istehsalata tətbiqi nəticəsində güzəştli pensiya hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişikliləri zəruri edir.

Qərar sözügedən siyahının təkmilləşdirilməsi, eyni zamanda Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarına əsasən keçirilmiş iş yerlərinin attestasiyanın nəticələrinə əsaslanan dəyişiklikləri əks etdirir.

Qərarda Kənd Təsərrüfatı Nazirliyinin, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfindən keçirirlmiş iş yerlərinin attestasiyanın nəticələrinə görə 3 sahə üzrə peşələrin adları yeni redaksiyada verilmiş, 6 yeni peşənin adı güzəştli peşələr siyahısına əlavə olunmuşdur.

Qərara əsasən aidiyyəti qurumların təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşə adının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

ABŞ Kiyevə 2,3 milyard dollarlıq silah paketi ayırdığını elan etmək niyyətindədir

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Ərdoğan: Suriyada sülhə xidmət edəcək əlavə addımlar atıla bilər

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Ən çox oxunanalar