Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xavyer Miley islahatlar paketinə parlamentdə baxmaqdan imtina edib

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley əvvəlki uğursuz səsvermədən sonra qanun layihəsinə və onun islahat paketinə parlamentdə baxılmasına davam etməmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bunu Deputatlar Palatasında "Azadlıq gəlir" hökumət alyansının rəhbəri Oskar Saqo LN+ telekanalına açıqlamasında deyib.

"Qanun layihəsinə daha Konqresə göndərildiyi formada baxılmayacaq", deyə parlamentari jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Miley qanun layihəsini daha da dəyişdirməkdə heç bir məna görmür. Saqo istisna etmir ki, hökumət planlaşdırılan islahatları parlament vasitəsilə ayrıca qanun layihələri şəklində həyata keçirməyə qərar verəcək. Bu, martın 1-də başlayacaq növbəti sessiya zamanı baş verə bilər.

Deputatlar Palatası qanun layihəsinə bütövlükdə təsdiq edildikdən sonra fevralın 6-da maddə-maddə baxmağa başlayıb. Lakin sonradan müsakirələr dayandırılıb. Bu, dövlət başçısına parlamentdən yan keçərək fəaliyyət göstərmək üçün xüsusi səlahiyyətlər verən maddələrin rədd edilməsi ilə bağlı olub. Sənəd parlament komissiyasında baxılmaq üçün geri qaytarılıb. Miley onların əleyhinə səs verən deputatları cinayətkar adlandırıb. Qanunvericilik təşəbbüsləri paketinin geri qaytarılması təşəbbüsü "Azadlıq gəlir" blokuna məxsus olub.

Argentina hökuməti keçən il dekabrın 28-də parlamentə hərtərəfli islahatlar haqqında qanun layihəsinin ilk variantını təqdim edib. Fevralın 2-də Argentina Konqresinin binası yaxınlığında respublika prezidentinin təkid etdiyi islahatlara etiraz aksiyası keçirilib. Nəticədə asayiş keşikçiləri etirazçılara qarşı qaz və dəyənəklərdən istifadə edərək insanları yolun hərəkət hissəsindən səkiyə itələyiblər.

Poliqon.info


Etiket: Xavyer Miley


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

İsrail niyə Yaxın Şərqdə NATO-nun analoquna ehtiyac duyur?

Ən çox oxunanalar