Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazir: Britaniya Rusiyanın hücumunu dəf etməyə hazırdır...

Rşi Sunak İngiltərənin Rusiyanın hücumunu dəf etməyə hazır olduğunu açıqlayıb...

Poliqon xəbər verir ki, Britaniyanın Baş naziri Rişi Sunak bu barədə TalkTV-yə danışıb. Baş nazir qeyd edib ki, onun ölkəsi Rusiyanın hücumunu dəf edə bilər. Sunak Böyük Britaniyanın müdafiə xərclərinə görə NATO ölkələri arasında ikinci yerdə olduğunu vurğulayıb.

Televiziya aparıcısı Piers Morgan Sunakdan Böyük Britaniyanın krallığa “silahlarını çevirəcəyi” təqdirdə Rusiyaya qarşı döyüşməyə hazır olub-olmadığını soruşub.

“Bəli. Ümumi təhlükəsizliyimizi təmin etmək mənim işimdir. Düşünürəm ki, biz yaxşı qorunmuşuq və müdafiəyə kifayət qədər sərmayə qoymuşuq? Bəli, biz NATO-da müdafiə xərclərinə görə ikinci yerdəyik”, deyə Böyük Britaniyanın Baş naziri cavabında qeyd edib.

Rii Sunak qeyd edib ki, London son vaxtlar “qlobal vəziyyətin getdikcə təlatümlü olduğu üçün” müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb.

Baş nazir xüsusilə Ukraynadakı döyüşləri və Yəmən husilərinin Qırmızı dənizdə gəmilərə hücumlarını xatırladıb.

“Ukraynada göründüyü kimi, biz inandığımız şeyləri müdafiə edəcəyik və təcavüzün cəzasız və nəzarətsiz qalmasına imkan verməyəcəyik”, deyə Sunak fikrini yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar