Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Delimitasiya ilə bağlı ikitərəfli görüşlər iki dövlət arasındakı münasibətlərə müsbət təsir edir?

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının növbəti altıncı görüşü keçirilib...

Samir Hümbətov: “Azərbaycanla Ermənistan arasında birəbir aparılan danışıqların nəticəsi daha müsbətə doğrudur”.

“Hesab edirəm ki, tərəflər arasında aparılan sərhəd komissiyasının altıncı görüşünün nəticəsi ümumlikdə Azərbaycan-Ermənistan münasibətlərinə, daha dəqiq desək, sülh müqaviləsinin bağlanması üçün imkan yarada bilər”.

Bu sözləri politoloq Samir Hümbətov AzərbaycanErmənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının altıncı görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycan Xarici İşlər Nazirliyi AzərbaycanErmənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının növbəti altıncı görüşünü keçirib. Keçirilən görüşü necə dəyərləndirmək olar? Delimitasiya ilə bağlı ikitərəfli görüşlər sülh və iki dövlət arasındakı münasibətlərə müsbət təsir edir?

AzərbaycanErmənistan arasında gedən danışıqları Poliqon-un əməkdaşı Diplomatiya və Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Əgər Paşinyanın komandası və özü Azərbaycanla aparılan danışıqlara müsbət yanaşırsa və addım atmağın məqbul olduğunu hesab edirsə, bu zaman Azərbaycan hazırdır”.

Sərhədlərin delimitasiya və demarkasiyasında ya siyasi metodoloji ya da tarixi xronoloji prinsiplərə əməl olunarsa, daha gözəl olacağını vurğulayan politoloq Poliqon-a bildirib ki, bu tarixi, həm də beynəlxalq hüquq baxımından önəmlidir:

Azərbaycanla Ermənistan arasında birəbir aparılan danışıqların nəticəsi daha müsbətə doğrudur. Amma iki dövlət arasına vasitəçi daxil olanda, bu ikili münasibətlərin birbaşa aparılmasından üstün ola bilmir. Buna görə də, ikili münasibət və birbaşa dialoq daha önəmlidir.

Hesab edirəm ki, tərəflər arasında aparılan sərhəd komissiyasının altıncı görüşünün nəticəsi ümumlikdə Azərbaycan-Ermənistan münasibətlərinə, daha dəqiq desək, sülh müqaviləsinin bağlanması üçün imkan yarada bilər. Əlbəttə ki, aparılan danışıqlardan sonra Ermənistanın mövqe nümayiş etdirib, axıra qədər prosesin normal məcrada davam etməsinə şərait yaratması ilə bu mümkündür. Əgər Ermənistan bu gün Azərbaycanla sülh müqaviləsi ilə bağlı ön və bəzi detalları razılaşdırıb, sonradan Yerəvan yox biz bunu etmirik yaxud da bunlar bizim maraqlarımıza ziddir deyəcəksə, əlbəttə, biz nəticə gözləyə bilmərik.

Samir Hümbətov: “Ermənistan tərəfi prinsip etibarilə burada artıq mövqe nümayiş etdirməli, əldə etdikləri razılaşmaları icra etməlidir. Bunu etmirlərsə, nəticə gözləmək o qədər də mümkün deyil”.

Əgər Paşinyanın komandası və özü Azərbaycanla aparılan danışıqlara müsbət yanaşırsa və addım atmağın məqbul olduğunu hesab edirsə, bu zaman Azərbaycan hazırdır. Onsuz da, Azərbaycan ilk günlərdən deyir ki, gəlin ikili danışaq. Yəni bizim problemləri bizdən daha yaxşı bilən olmaz.

Mina xəritələri qaytarılmalıdır, sərhədlərin delimitasiya və demarkasiyası aparılmalıdır, hətta hesab edirəm ki, sərhədlərin delimitasiya və demarkasiyasında ya siyasi metodoloji ya da tarixi xronoloji prinsiplərə əməl olunsa, daha gözəl olar. Bu tarixi, həm də beynəlxalq hüquq baxımından önəmlidir. Düşünürəm ki, Ermənistan tərəfi prinsip etibarilə burada artıq mövqe nümayiş etdirməli, əldə etdikləri razılaşmaları icra etməlidir. Bunu etmirlərsə, nəticə gözləmək o qədər də mümkün deyil.

Bu baxımdan düşünürəm ki, sərhəd komissiyasının görüşünün faydası var, amma görüşün məhsuldar, faydalı olmasının ən önəmli tərəfi onun icrasını həyata keçirməkdir. Əgər bu həyata keçiriləcəksə, o zaman biz sülh müqaviləsindən və ona gedən yoldan çərçivə sazişi də olsa, ona əməl olunacağından danışa bilərik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar