Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna 10 milyard avro investisiya ayrılır

Avropa İttifaqı-Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinə dair Qlobal Tranzit İnvestorlar Forumunda Avropa və Mərkəzi Asiyanı birləşdirən Trans-Xəzər Nəqliyyat Dəhlizinə 10 milyard avroluq investisiya öhdəliyi elan edilib...

“Report” Avropa Komissiyasına istinadən xəbər verir ki, Brüsseldə açılışı olan forumda Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Avropa və beynəlxalq maliyyə qurumlarının Mərkəzi Asiyada dayanıqlı nəqliyyat əlaqələrinə dəstək və investisiya üçün 10 milyard avro ayıracaqlarını açıqlayıb.

İştirakçılar qarşıdakı iki gündə Trans-Xəzər Nəqliyyat Dəhlizinin 15 günə Avropa və Mərkəzi Asiyanı birləşdirə bilən müasir, çoxsaylı və effektiv marşruta çevrilməsi üçün lazımi investisiyaları müzakirə edəcəklər.

Forumda Avropa ilə Asiya arasında Rusiyadan keçməyən etibarlı və effektiv ticarət yollarının tapılmasının vacibliyi vurğulanıb.

Forumun ilk günündə bir sıra mühüm öhdəliklər də qəbul edilib. Belə ki, Avropa İnvestisiya Bankı (EIB) Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri ilə ayrı-ayrılıqda ümumilikdə 1,47 milyard avro dəyərində müqavilələr imzalayıb.

Həmçinin gün ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Qazaxıstanla ümumi dəyəri 1,5 milyard avro olan Anlaşma Memorandumu imzalayacaq.

Qeyd edək ki, İnvestisiya Forumu Avropa Komissiyası, Avropa İttifaqına üzv ölkələr, Mərkəzi Asiya, Qafqaz ölkələri və Türkiyənin yüksək səviyyəli təmsilçiləri bir araya gətirir. Həmçinin iştirakçılar arasında G7 ölkələri, maliyyə qurumları və özəl sektor var.

Xatırladaq ki, Trans-Xəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Avropada yaşamaq üçün ən yaxşı şəhər açıqlandı

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Ən çox oxunanalar