Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞ PA-da əleyhimizə səs verənlər... - Rəsmi Bakının onlarla əməkdaşlıq istiqaməti necə olacaq?

Əleyhimizə səs verən ölkələr ilə əməkdaşlıqla bağlı hər hansı probemlər ola bilər? ..

Poliqon: “Avropa Şurası Parlament Assambleyasında keçirilən bu səsvermə və səsvermədə iştirak edən ölkələrin siyahısı düşünmək üçün müəyyən material verir”.

“Səsverənlərin siyahısına baxanda əlbəttə ki, bizi təəsüfləndirən bir çox məqamlar var. Belə ki, bu ölkələrin arasında Azərbaycanın çox yaxşı münasibətlərdə olduğu bir çox ölkələr var”.

Bu sözləri politoloq Oktay Qasımov Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə qəbul olunan qətnaməni Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib. Qətnamə 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib. Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa , İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino, Sloveniya olub. Azərbaycan əleyhinə səs verən ölkələr sırasında olan Böyük Britaniya xüsusi diqqət çəkir.

Bu baxımdan rəsmi Bakının fəaliyyət istiqaməti necə olacaq? Əleyhimizə səs verən ölkələr ilə əməkdaşlıqla bağlı hər hansı probemlər ola bilər?

Azərbaycanın bundan sonrakı fəaliyyət istiqamətini Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Əlbəttə ki, biz səsvermənin nəticələrini hər zaman diqqətdə saxlamaqla yanaşı ölkələrlə münasibətlərimizi davam etdirəcəyik”.

Bunların təəssüf doğurucu faktlar olsa da, Azərbaycan bunu diqqətlə izlədiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, gələcək münasibətlərdə bu məsələlər diqqətə alınacaq:

Avropa Şurası Parlament Assambleyasında keçirilən bu səsvermə və səsvermədə iştirak edən ölkələrin siyahısı düşünmək üçün müəyyən material verir. Səsvermədə iştirak edən ölkələr üç qrupa bölünüb: Bunlar səsvermədə iştirak edənlər, səsvermədə iştirakda imtina edənlər və bu layihənin əleyhinə səs verənlər.

Səsverənlərin siyahısına baxanda əlbəttə ki, bizi təəsüfləndirən bir çox məqamlar var. Belə ki, bu ölkələrin arasında Azərbaycanın çox yaxşı münasibətlərdə olduğu bir çox ölkələr var. Onların da nümayəndələri bu prosesdə iştirak ediblər. Bunların içərisində xüsusilə İtaliyanı, Rumıniyanı, o cümlədən İngiltərənin qeyd etmək istəyirəm. İngiltərə nümayəndələrindən 18 nəfərdən yalnız 1 nəfər bu səsvermədə iştirak edib. Buna görə də, bu İngiltərənin tam şəkildə Azərbaycanın əleyhinə olduğu anlamına gələ bilməz.

Oktay Qasımov: “Sadəcə olaraq biz bu məsələlərə diqqət edərək gələcək siyasətimizdə bu amilləri nəzərə alacağıq”.

Təbii ki, bunlar təəssüf doğurucu faktlar olsa da, Azərbaycan bunu diqqətlə izləyir və qeyd edir. Beləliklə də, gələcək münasibətlərdə bu məsələlər diqqətə alınacaq. Əslində bu səsvermədə iştirak edən deputatların əksəriyyəti dövlətlərin siyasətini həyata keçirən şəxslər deyil. Onlar müstəqil şəxslər və öz dövlətlərinin nümayəndəsi kimi iştirak edirlər. Bu da o demək deyil ki, həmin dövlətlərin siyasəti bu səsvermədə əks olunub.

Əlbəttə ki, biz səsvermənin nəticələrini hər zaman diqqətdə saxlamaqla yanaşı ölkələrlə münasibətlərimizi davam etdirəcəyik. Çünki qeyd edilən ölkələrlə, o cümlədən Böyük Britaniya ilə münasibətlərimiz uzun bir tarixə əsaslanır, qarşılıqlı maraqlar üzərindən inkişaf etməkdədir. Hansısa bir problemin olacağını düşünmürəm. Sadəcə olaraq biz bu məsələlərə diqqət edərək gələcək siyasətimizdə bu amilləri nəzərə alacağıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay