Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atletika üzrə Qış Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Atletika üzrə Qış Azərbaycan çempionatının açılış mərasimi keçirilib...

“Report”un məlumatına görə, Respublika Olimpiya Mərkəzində gerçəkləşən tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov iştirakçıları salamlayıb.

O, bölgə təmsilçilərinin də yarışda mübarizə aparacaqlarını vurğulayıb: “İdmançıların çıxışları bizim üçün önəmlidir. Onlar göstərdikləri nəticələrə uyğun reytinq xalları da əldə edəcəklər. Atletika ilə uzun illər yaxşı məşğul olmamışıq. Turnirlərin ölkənin bütün regionlarını əhatə etməsini istərdik. Təəssüf ki, hələlik buna nail ola bilmirik. Ancaq bu istiqamətdə işlər görürük. İnanırıq ki, yaxın gələcəkdə sıralarımızı genişləndirəcəyik. Respublikamızın bütün bölgələrindən idmançılar cəlb ediləcək. Hamınıza uğurlar arzulayıram. Güclü qalib gəlsin”.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra çempionat start götürüb. 140 atletin mübarizə apardığı yarış aprelin 27-də başa çatacaq. Turnirdə Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllıXızını təmsil edən atletlər çıxış edirlər.

40-cı ölkə çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edir.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar