Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan-Rəisi görüşündə Cənubi Qafqaz müzakirə edilib - “Zəngəzur dəhlizi” ilə bağlı razılığa gəlinə bilər?

Türkiyə və İran prezidentləri Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edib...

Siyasi-analitik: “Əslində Rəisi ilə Ərdoğanın görüşündə Cənubi Qafqazın müzakirə olunması tamamilə normal məsələdir”.

“Çox maraqlıdır ki, Rəisinin Türkiyəyə səfəri günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Türkiyənin “Milliyət” nəşri üçün bir məqalə yazmışdı. Həmin məqalədə Tehran və Ankaranın Cənubi Qafqazdakı fəaliyyətlərinə də toxunmuşdu”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov Türkiyə və İran prezidentlərinin görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Ankarada iranlı həmkarı İbrahim Rəisi müxtəlif mövzularla yanaşı Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edib. Bu haqda detallı məlumat verilməsə də, prezidentlər Cənubi Qafqazla bağlı nələri müzakirə ediblər və İranla Zəngəzur dəhlizi ətrafında hansısa konsensusa nail olmaq mümkündürmü?

Ərdoğan-Rəisi arasındakı görüşü Poliqon-un əməkdaşı siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “İranla Türkiyə arasında əlaqələrinin inkişafında maraqlı olmayan güclər var”.

Rəisinin Türkiyə səfəri öncəsi Pakistanla İran arasında yaşanan gərginliyi xatırladan analitik bu gərginliyin də suni şəkildə yaradıldığını ehtimal edib:

“Əslində Rəisi ilə Ərdoğanın görüşündə Cənubi Qafqazın müzakirə olunması tamamilə normal məsələdir. Çünki hər iki dövlət region ölkəsidir və şübhəsiz ki, çoxdan gözlənilən bu görüşdə Cənubi Qafqaz müzakirə olunmalı idi.

Çox maraqlıdır ki, Rəisinin Türkiyəyə səfəri günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Türkiyənin Milliyət nəşri üçün bir məqalə yazmışdı. Həmin məqalədə Tehran və Ankaranın Cənubi Qafqazdakı fəaliyyətlərinə də toxunmuşdu. Abdullahyan bildirmişdi ki, 3+3 layihəsi tərəflər arasında əməkdaşlığı daha da gücləndirir. Həqiqətən də belədir. Ümumiyyətlə, Azərbaycan-Ermənistan-Rusiya münasibətlərinin normallaşması, Zəngəzur dəhlizi məsələsi və digər bu kimi məqamlar tərəflər arasındakı əlaqəni gücləndirir. Çünki bunlar hər iki tərəfin birbaşa marağında olduğu məsələlərdir.

Mən ehtimal edirəm ki, İranla Türkiyə arasında əlaqələrinin inkişafında maraqlı olmayan güclər var. Bildiyiniz kimi Rəisinin Türkiyəyə səfəri bir neçə dəfə təxirə salınmışdı. Bu dəfə də Rəisinin Türkiyə səfəri öncəsi Pakistanla İran arasında gərginlik yaşandı. Ehtimal edirəm ki, bu gərginlik də suni şəkildə yaradıldı. Məqsəd də səfərin qarşısını almaq idi. Bu da təkcə Cənubi Qafqazla bağlı deyil, Türkiyə və İranın müxtəlif regiondakı o cümlədən, Yaxın Şərqdəki tandemi, koordinasiya addımları, ortaq maraqları ilə bağlıdır.

Kənan Novruzov: “Artıq İran da yavaş-yavaş əlini Ermənistanın üzərindən çəkəcək”.

Əlbəttə ki, Ərdoğan-Rəisi görüşündə Azərbaycan-Ermənistan münasibətləri, Zəngəzur dəhlizi məsələsi müzakirə olunub. Ehtimal edirəm ki, bu müzakirələr loyal və konstruktiv keçib. Hansısa ciddi fikir uyuşmazlığı olmayıb.

Düşünürəm ki, artıq İran da yavaş-yavaş əlini Ermənistanın üzərindən çəkəcək. Çünki İran başa düşür ki, bunun mənası yoxdur. Ermənistan Qərblə yaxınlaşır, Qərb də İranı sıxır. Belə olan halda da, İran Ermənistanı dəstəkləməz. Bu nöqteyi-nəzərdən düşünürəm ki, İran yavaş-yavaş konstruktiv mövqe ortaya qoyacaq. İran Zəngəzur dəhlizi ilə bağlı destruktiv mövqeyindən əl çəkəcək. Doğrudur, Tehran çalışır ki, sülh müqaviləsinə görə Ermənistandan istifadə etsin. Amma onu da bilir ki, Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətləri pisləşdirməyə dəyməz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Ən çox oxunanalar