Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Konqresi Türkiyəyə F-16 satışını dərhal təsdiqləməyə çağırıb

Co Baydenin administrasiyası ABŞ Konqresinə məktub göndərərək Türkiyəyə F-16 qırıcılarının satışını dərhal təsdiqləməyə çağırıb...

Poliqon xəbər veror ki, bu barədə Reuters Agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Bayden Türkiyə İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya prosesini başa vuran kimi qırıcı təyyarələrin satışı prosesinə başlamaq niyyətindədir.

Reuters-in məlumatına görə, məktubda Bayden administrasiyası F-16 qırıcılarının (sayı göstərilməyib) satışının təsdiqlənməsini və onlar ehtiyat üçün dəstlərin 20 milyard dollara təkmilləşdirilməsini tələb edir.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Vedant Patel yanvarın 24-də keçirdiyi brifinqdə F-16-ların Türkiyəyə mümkün tədarükünün təfərrüatlarını açıqlamaqdan imtina edib.

Konqres silah satışlarının nəzərdən keçirilməsində əsas rol oynayır, lakin mən Konqresə rəsmi məlumat verilməyənə qədər təklif olunan silah satışı və ya təhvillərini təsdiq etməyəcəyəm”, deyə Patel bildirib.

Qeyd edək ki, Türkiyə parlamenti yanvarın 23-də İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasını səs çoxluğu ilə təsdiqləyib. Daha sonra sənəd imzalanmaq üçün prezident Rəcəb Tayyib Ərdoğana göndərilib.

İsveçin NATO-ya üzvlüyünə qoyulan vetonun aradan qaldırılmasının şərtlərindən biri də Ankaraya Amerika qırıcılarının tədarükü idi: hələ 2021-ci ilin oktyabrında Türkiyə ABŞ-dan mövcud hərbi təyyarələri üçün 40 F-16 qırıcısı və 79 modernləşdirmə dəsti almağı xahiş etmişdi.

Amerikalı qanunvericilər daha sonra Türkiyədə insan haqlarının pozulmasını əsas gətirərək onların satışını əngəlləyiblər. 2023-cü ilin dekabrında Co Bayden Rəcəb Tayyib Ərdoğanla söhbətində Konqresə təzyiq göstərəcəyini və qanunvericiləri F-16-nın satışını təsdiqləməyə inandıracağını vəd etmişdi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub - Yenilənib

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Ən çox oxunanalar