Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixi memarlıq abidəsi olan doğum evinə yenidən müdaxilə edildi - Video

Havanın soyuq olmasına baxmayaraq, qarlı havada Bakının Səbail rayonunda tarixi memarlıq abidəsi kimi qeydiyyatda olan doğum evində təmir işləri aparılır...

Bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sözügedən ərazidə monitorinq aparıb.

“24 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 93 ünvanında 1930-cu ilə aid olan yerli əhəmiyyətli memarlıq abidəsində (Şamama Ələsgərova adına 5 saylı kliniki doğum evinin binası) şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib. Məlumat üçün bildiririk ki, bir müddət öncə qeyd etdiyimiz kimi binada qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılışdırılmamış əsaslı təmir və yenidənqurma işlərinin aparılması faktı aşkarlanıb və işlər dayandırılıb. Lakin həmin ünvanda bu gün yenidən özbaşına tikinti işlərinin aparılması faktı ilə bağlı müraciət daxil olub və həmin işlər baş idarə tərəfindən müvafiq xəbərdarlıq edilərək 24 yanvar 2024-cü il tarixində yenidən dayandırılıb. Fakt üzrə eyni zamanda aidiyyəti dövlət orqanlarına, həmçinin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə qanunvericilik tələblərinə riayət edilməsi və lazımi tədbirlərin görülməsinin təmin edilməsi üçün bir daha məktublar ünvanlanaraq müvafiq məlumatlar verilib”, - deyə komitə qeyd edib.

Poliqon.info


Etiket: doğum evi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar