Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail quru əməliyyatlarda 200 hərbiçisini itirib

İsrail ordusu Qəzzada quru əməliyyatı başlayandan bəri 200 hərbçinin öldürüldüyünü açıqlayıb...

Poliqon xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) 27 oktyabr 2023-cü il tarixində Qəzza zolağında quru əməliyyatı başlayandan bəri 200 İsrail əsgəri öldürüldüyünü bildirib. Fələstin tərəfi isə HƏMAS-ın keçən il oktyabrın 7-də İsrailə hücumundan sonra İsrail hərbçilərinin sayı 535-ə çatıb.

İsrail ordusu oktyabrın 7-dən indiyədək yaralanan hərbçilərin sayının 2672 nəfər olduğunu açıqlayıb.Onlardan 405 nəfərin vəziyyəti ağır, 695 nəfərin vəziyyəti orta ağır, 1572 nəfərin isə yüngül xəsarət aldığı bildirilir.

“The Jerusalem Post” qəzeti xəbər verir ki, bu gün, yanvarın 22-də səhər saatlarında İsrail Müdafiə Qüvvələri üç İsrail əsgərinin həlak olması barədə məlumat yayıb. İsrail ordusunun mətbuat xidməti əsgərlərin Xan Yunis şəhərində pusquda öldüyünə aydınlıq gətirib.

Bir gün əvvəl Qəzza Səhiyyə Nazirliyi anklavda müharibə nəticəsində həlak olan fələstinlilərin sayının 25 105 nəfərə çatdığını, 62 861 nəfərin yaralandığını bildirmişdi. İsrailin məlumatına görə, HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücum nəticəsində 1,2 min israilli həlak olub, yaraqlılar isə 253 nəfəri girov götürüblər. Noyabrda tərəflər atəşkəs barədə razılığa gəlib və bir neçə dəfə uzadıb, lakin dekabrda İsrail ordusu yenidən döyüşlərə başlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar