Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 6 nəfər olub - Yenilənib

Yanvarın 20-si şənbə günü axşam Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş Falcon 10 təyyarəsi əlaqəni dayandıraraq radar ekranlarından itib...

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) məlumat yayıb.

İlkin məlumata görə, təyyarənin göyərtəsində 6 (altı) nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub.

“Falcon 10” “Athletic Group MMC”yə və fərdi şəxsə məxsusdur.

Təyyarə Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirdi.

Qeyd olunub ki, hava gəmisinin ilk uçuş nöqtəsi Taylandın Utapao hava limanı olub.

Hazırda təyyarənin axtarışı davam etdirilir.

***

Əfqanıstanın şimal-şərqində yerləşən Bədaxşan vilayətində təyyarə qəzası olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, təyyarə Hindistan şirkətinə məxsus olub və Moskva istiqamətində uçurmuş.

Texniki nasazlıq səbəbindən qəzaya uğrayan təyyarənin olduğu əraziyə xilasedici qruplar göndərilib.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Falcon təyyarəsinin göyərtəsində altı nəfər olub: dörd ekipaj üzvü və iki sərnişin. Bildirilib ki, Tacikistanla sərhədə yaxınlaşdıqdan sonra təyyarə ilə əlaqə kəsilib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Avropada yaşamaq üçün ən yaxşı şəhər açıqlandı

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Ən çox oxunanalar