Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Başqırdıstanda baş verən kütləvi iğtişaşlara münasibət bildirib

Başqırdıstanda kütləvi iğtişaşlar və etirazlar yoxdur, hüquq-mühafizə orqanlarının və yerli hakimiyyət orqanlarının səlahiyyətlərinə aid olan ayrı təzahürlər var...

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Kremlin sözçüsü Başqırdıstanda baş verənlərlə bağlı “kütləvi etirazlar” ifadəsinin işlədilməsi ilə razılaşmadığını söyləyib:

"Mən "kütləvi iğtişaşlar" və "kütləvi etirazlar" ifadələri ilə razılaşmaram. Başqırdıstanda kütləvi iğtişaşlar və kütləvi etirazlar yoxdur. Ayrı təzahürlər var ki, onlar daha çox yerli hakimiyyət orqanlarının və hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, etnik zəmində nifrəti qızışdırdığına görə 4 il həbs cəzası almış ictimai fəal Fail Alçinov barəsində hökmün elan olunduğu Baymaksk Rayon Məhkəməsinin qarşısında iğtişaşlar baş verib. İstintaqın məlumatına görə Alçinov İşmurzino kəndindəki vətəndaşların toplantısında Qafqaz və Orta Asiya xalqlarının nümayəndələrini təhqir edib. Rusiya İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili və iştirakına və dövlət məmuruna qarşı zorakılıq tətbiq edilməsinə görə cinayət işi açıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar