Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentdən Ermənistana verilən mesajlar... - Yerəvan ismarıcdan dərs çıxaracaq?..

İlham Əliyevin verdiyi mesajların mahiyyətini Ermənistan anlayacaq?..

Siyasi-şərhçi: “Ali Baş Komandan İlham Əliyevin yerli telekanallara verdiyi 3 saatlıq geniş müsahibədə ölkədaxili və xarici ilə bağlı hər şey var idi”.

Ermənistan tərəfi Azərbaycan rəhbərinin dediklərini zatən yaxşı anlayır. Son 4 ildə bunu daha çox hərtərəfli anlamaqla məşğuldurlar”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibəni Poliqon-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyevin yerli telekanallara verdiyi geniş müsahibəsi Ermənistanda da geniş müzakirə edilir. Bəs, Azərbaycan dövlət başçısının verdiyi mesajların mahiyyətini Ermənistan anlayacaq?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Cənab prezident bir daha mesaj verdi ki, “Dəmir Yumruq” yerindədir, funksiyasını bir daha icra etməyə hazırdır”.

Prezidentin müsahibədə dünyaya mesaj verdiyini vurğulayan ekspert İlham Əliyevin bizim sülhə hazır olduğumuzu və bu il ərzində bunun əldə olunmasının tərəfdarı olduğumuzu, sadəcə olaraq Ermənistan öz aləmində vaxt uzatmağa çalışdığını bildirib:

“Ali Baş Komandan İlham Əliyevin yerli telekanallara verdiyi 3 saatlıq geniş müsahibədə ölkədaxili və xarici ilə bağlı hər şey var idi. Düşünürəm ki, düşmən Ermənistanla bağlı isə, bütün suallara aydınlıq bir daha gəldi. Xüsusilə, bu müsahibənin Yeni ildən sonra lokal antiterror əməliyyatlarımızın 4 ayı günlərinə təsadüf etməsinin də bir ayrı özəlliyi var idi.

Cənab prezident bir daha mesaj verdi ki, “Dəmir Yumruq” yerindədir, funksiyasını bir daha icra etməyə hazırdır. Sülh danışıqlarında son imza atmaqla bağlı Ermənistan tərəfi yenə də xam xəyallara qapılıb. İlham Əliyev həm də bunun mesajını verirdi. Hesab edirəm ki, tam olaraq yerində verilmiş bir müsahibə var idi və belə bir müsahibəyə ehtiyac duyulurdu. Ermənistan tərəfi Azərbaycan rəhbərinin dediklərini zatən yaxşı anlayır. Son 4 ildə bunu daha çox hərtərəfli anlamaqla məşğuldurlar.

Cavanşir Abbaslı: “İlham Əliyev müsahibəsində həm də Ermənistanın havadarlarına master klass keçdi”.

Azərbaycan rəhbəri 2024-cü ilin ilk iş günlərinə təsadüf edən müsahibəsində həm də dünyaya mesaj verdi ki, biz sülhə hazırıq və bu il ərzində bunun əldə olunmasının tərəfdarıyıq, sadəcə olaraq Ermənistan öz aləmində vaxt uzatmağa çalışır. Əslində bizim üçün artıq sülh sazişi sənədi o qədər də önəm daşımır. İstəyimizi tam olaraq həyata keçirmişik. Ermənistan tərəfi bizim dediyimiz şərtləri tam olaraq qəbul edib, sənədə imza atacaqsa, biz də imzamızı atacağıq. Əksi olacaqsa, buyursunlar. Bizim üçün fərq etmir. Sonda “pişim-pişim”lə gələn onlar olacaq. Biz tarixi ədalətimizi bərpa etdik. Bunu qorumaqda dövlət başçımızın israrlı olduğunu Ermənistan tərəfi yaxşı anlayır. Azərbaycan Ordusunun gücünü də son illərdə yaxşı gördülər.

İlham Əliyev müsahibəsində həm də Ermənistanın havadarlarına master klass keçdi”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Ən çox oxunanalar