Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA: "Bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsi qeydə alınmayıb"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsinin qeydə alınmadığını bildirib...

AQTA-dan verilən məlumata görə, bayram günlərində bir sıra media orqanlarında guya saxta spirtli içkidən zəhərlənmə hallarının baş verməsi ilə bağlı rəsmi mənbədən dəqiqləşdirilməmiş məlumatlar, bəzi ekspertlərin şərhləri yayılıb.

Agentlik məlumatlar əsasında müvafiq araşdırmalar aparıb və məlum olub ki, mediada haqqında bəhs olunan hallar metil spirtindən baş verən zəhərlənmə yox, spirtli içkinin yüksək miqdarda qəbulu zamanı bədəndə toksiki təzahürlərin üzə çıxması nəticəsində meydana gəlib.

Qeyd olunub ki, bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsi qeydə alınmayıb və bununla bağlı Agentliyə hər hansı bir müraciət daxil olmayıb:

"Ölkəyə idxal edilən, eyni zamanda daxili bazar üçün satışı nəzərdə tutulan spirtli içkilər Agentlik tərəfindən müvafiq laborator müayinələrə cəlb olunur, həmin məhsulların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə analizləri aparılır. Bundan başqa, AQTA tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə saxta spirtli içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində daimi olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirilir və bu barədə ictimaiyyətə dövri olaraq məlumatlar təqdim olunur. İstehlakçılarda qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələr yarandıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng vuraraq müraciət edə bilərlər".

Poliqon.info 


Etiket: AQTA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar