Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kriminal qruplar Ekvadoru xaosa necə sürükləyir?..

Ekvadorda iğtişaşlarda 13 nəfər ölüb, daha iki nəfər yaralanıb. Bu barədə yerli polis məlumat yayıb...

Poliqon xəbər verir ki, ölkədəki vəziyyət bir neçə gün əvvəl "Los Çoneros" yerli cinayətkar dəstəsinin lideri "Fito" ləqəbli cinayətkarın həbsxanadan qaçdıqdan sonra daha da pisləşib. Bu, məhbuslar arasında bir sıra iğtişaşlara səbəb olub.

Prezident Daniel Noboa ölkədə fövqəladə vəziyyət və komendant saatı elan edib. Yanvarın 9-da Quayaquil şəhərində cinayətkarlar yerli telekanallardan birinin jurnalistlərini girov götürüblər. Əllərində silah olan maskalı şəxslər canlı yayıma daxil olaraq aparıcıları və digər əməkdaşları prezidentdən və polisdən vəziyyətə qarışmamağı xahiş etməyə məcbur ediblər.

ABŞ və Çin kimi bəzi ölkələrin diplomatik nümayəndəlikləri ölkədəki fəaliyyətini dayandırıb. Ekvadordakı iğtişaşlar xarici medianın əsas mövzularından birinə çevrilib.

The Washington Post qəzeti qeyd edir ki, Ekvador uzun müddət region üçün dinc sığınacaq hesab edilirdi, lakin son bir neçə ildə tarixi zorakılıq səviyyəsi ilə üzləşib. Ölkə kokain üçün kritik tranzit nöqtəsinə çevrilib, yerli cinayətkarlar narkotik ticarəti marşrutları uğrunda yarışır.

The Guardian nəşri yazır ki, "Los Çoneros" qrupunun lideri, həbsxanadan qaçan Adolfo Makias qanunsuz maddələrin satışı ilə bağlı ən məşhur cinayətkarlardan biridir, O, 34 il müddətinə azadlıqdan məhrum edilib və həmçinin qətl və mütəşəkkil cinayətdə təqsirli bilinib. Bununla belə, o, dəmir barmaqlıqlar arxasında da nüfuzlu fiqur olaraq qalır.

Makias həbsdən qaçdıqdan sonra xaos baş qaldırıb və digər həbsxanalarda iğtişaşlar başlayıb. Digər dəstənin lideri Fabrikio Kolon Piso azadlığa buraxılıb. Onunla birlikdə həbsxanadan 30 nəfər çıxıb, 20 nəfər saxlanılıb. Nəşrin jurnalistləri iğtişaşları mütəşəkkil qrupların güc nümayişi kimi qiymətləndirirlər.

The New York Times qəzeti isə hesab edir ki, liderlərin qaçması hökumətin güclü cinayətkarları qeyri-qanuni əməliyyatlar apara bildikləri adi kameralardan maksimum təhlükəsizlik obyektlərinə köçürmək qərarı ilə bağlı ola bilər. Nəşrin müsahibə aldığı təhlükəsizlik ekspertləri ölkədəki həbsxanaların təxminən 1/-4nin cinayətkarların nəzarətində olduğunu ehtimal edirlər. Onlar fraksiya qərargahına və işə qəbul mərkəzlərinə çevirilib. Məsələn, Adolfo Makiasın hücrəsində dörd çıxış var olub - həbsxana kamerasından daha çox, otel otağına bənzəyib.

The Washington Post qəzeti də qeyd edir ki, Ekvadorun girdiyi xaos hakimiyyətlərin təkcə həbsxanalar və küçələrə deyil, həm də təhlükəsizlik xidmətlərinə nəzarəti itirdiyini göstərir. Nəşrin həmsöhbətləri prezidentin fərmanını səhv hesab edirlər. Hakimiyyət bununla həm dəstələrə siyasi status, həm də təhlükəsizlik qüvvələrinə geniş səlahiyyətlər verir. Analitiklər deyir ki, indi Ekvadorda korrupsiya ən yüksək səviyyədə çiçəklənir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar