Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ BMT Təhlükəsizlik Şurasında KXDR-dən Rusiyaya silah ötürülməsi məsələsini qaldıracaq

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının yanvarın 10-da keçirilməsi planlaşdırılan iclasında Ukraynadakı hərbi münaqişə zonasında potensial istifadə üçün KXDR-dən Rusiyaya ballistik raketlərin mümkün transferi məsələsini qaldırmağa hazırlaşır...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

“Biz Rusiya ilə KXDR arasında hərbi-texniki əməkdaşlığın Avropa, Koreya yarımadası, Hind-Sakit okean regionu və bütün dünya üçün təhlükəsizliklə bağlı təsirlərindən dərin narahatıq. KXDR-dən Rusiyaya ballistik raketlərin verilməsi birbaşa BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur. Sabah müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə bu hərbi təchizatla bağlı məsələni BMT Təhlükəsizlik Şurasında qaldıracağıq və Rusiyadan beynəlxalq öhdəliklərinin növbəti dəfə pozulmasına görə məsuliyyət daşımasını tələb edəcəyik”, deyə Kirbi brifinqdə vurğulayıb.

Ağ Ev rəsmisi həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya və Şimali Koreya arasında hərbi-texniki əməkdaşlığı təşviq edən şəxslərə və şirkətlərə qarşı “bütün mümkün sanksiyaları” tətbiq etmək niyyətindədir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl Şimali Koreyanın Rusiyaya hərbi tədarükü ilə bağlı bəyanatları əsassız adlandırıb. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının KXDR ilə qarşılıqlı fəaliyyətlə bağlı qətnaməsində göstərilən bütün tələbləri yerinə yetirir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay