Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: Hələ də qeyri-neft sektorunun ciddi inkişaf etdirilməsinə ehtiyac var...

2023-cü ildə Azərbaycanın qeyri-neft sektorunda hansı istiqamətlərdə inkişaf diqqət çəkib?

İqtisadçı-ekspert: “2023-cü ildə Azərbaycanda ümumdaxili məhsul demək olar ki, artmadı”.

“Ötən il qeyri-neft sektorunda müəyyən artım nəzərə çarpsa da, ümumilikdə götürəndə bu ümumi iqtisadi mənzərəni dəyişmir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanın qeyri-neft sektorundakı vəziyyətini Poliqon-a şərh edərkən qeyd edib.

2023-cü ildə Azərbaycanın qeyri-neft sektorunda hansı istiqamətlərdə inkişaf diqqət çəkdi və Azərbaycanın qeyri-neft sektorunun hazırkı vəziyyəti gələcək illər üçün nələr vəd edir?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Azərbaycanda qeyri-neft sektoru ümumi makro-iqtisadi göstəricilərdə az paya malikdir”.

Nəzərə çarpacaq dəyişiklik elektrik enerjisinin istehsalı və ixracının artması olduğunu bildirən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bunu hökumət qeyri-neft sektoru kimi təqdim edir:

“Ümumiyyətlə, 2023-cü ildə Azərbaycanda ümumdaxili məhsul demək olar ki, artmadı. Ümumdaxili məhsul cəmi 0.8 faiz artdı ki, bu da son illərin ən aşağı göstəricilərindən biridir və yaxşı bir gedişat deyil.

Qeyri-neft sektorunda müəyyən artım nəzərə çarpsa da, ümumilikdə götürəndə bu ümumi iqtisadi mənzərəni dəyişmir. Bu o deməkdir ki, bizdə qeyri-neft sektoru ümumi makro-iqtisadi göstəricilərdə az paya malikdir. Məsələn, qeyri-neft sektoru ümumdaxili məhsulun istehsalında, xarici ticarətdə daha az paya malikdir və buna görə də, bu sahənin inkişaf etdirilməsinə ciddi ehtiyac var.

Natiq Cəfərli: “Ənənəvi sahələrdə azalmalar var. Məsələn, pambığın ixracı 30 faizə yaxın azalıb, pomidorun da ixracında azalmalar var”.

Əgər bunu qeyri-neft sektoru adlandırmaq olarsa, nəzərə çarpacaq dəyişiklik elektrik enerjisinin istehsalı və ixracının artmasıdır. Bunu hökumət qeyri-neft sektoru kimi təqdim edir və 2023-cü ildə doğrudan da, elektrik enerjisi istehsal və ixracında ciddi artım oldu.

Amma ənənəvi sahələrdə azalmalar var. Məsələn, pambığın ixracı 30 faizə yaxın azalıb, pomidorun ixracında azalmalar var. Xurma istehsalı və ixracında isə artım göstərdi. Məhz belə dəyişikliklər var. Amma əslində məsələyə geniş baxsaq, hələ də qeyri-neft sektorunun ciddi inkişaf etdirilməsinə ehtiyac yaranıb”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar