Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2024-cü ildə dünyanı təhdid edən 5 əsas təhlükə

Qlobal səhnədəki qeyri-müəyyənlik nə ilə nəticələnə bilər?..

Planetimiz 2024-cü ilə əvvəlki illərdən daha qeyri-müəyyən və qeyri-sabit bir şəraitdə daxil oldu.

"AzPolitika.info" xəbər verir ki, ABŞ-nin "CNN" nəşri qlobal səhnədəki problemləri analiz edərək, 2024-cü ildə dünyanı gözləyən əsas təhlükələrlə bağlı bir neçə proqnoz verib:

1. İsrail-Həmas müharibəsinin yayılma təhlükəsi

HƏMAS-ın 7 oktyabr hücumlarına cavab olaraq İsrailin Qəzza zolağında başlatdığı əməliyyatlar 2024-cü ildə də davam edir. Humanitar düşərgələrdə yayılan xəstəliklər, səhiyyə və digər xidmətlərin əlçatan olmaması fonunda başlayan qlobal etirazlar müharibəni dayandırmaq yönündə İsrailə olan beynəlxalq təzyiqləri artırır. Buna məhəl qoymayan İsrail isə HƏMAS-a qarşı müharibənin aylarla davam edəcəyini açıqlayıb.

Son vaxtlar Livan-İsrail sərhədində İranın dəstəklədiyi islamçı militar qrup olan "Hizbullah" və İsrail Müdafiə Qüvvələri (IDF) arasında sərhədlərarası toqquşmaların baş verdiyini görürük. Digər tərəfdən, yenə İraqda İranın dəstəklədiyi qrupların ABŞ səfirliyinə və mövqelərinə hücumlarının artdığı müşahidə olunur. Son vaxtlar Yemənin İran tərəfindən dəstəklənən üsyançı qrupları isə Qırmızı dəniz və Süveyş kanalında qlobal gəmiçilik marşrutlarına hücum etməyə başlayıblar. Bütün bunlar Yaxın Şərqdə geniş münaqişə riskini artırır.

2. Rusiya-Ukrayna münaqişəsi üçüncü ilinə qədəm qoymağa hazırlaşarkən dalana dirənib

Ukrayna iki ilə yaxındır ki, azadlığı uğrunda mübarizə aparır, lakin beynəlxalq dəstəyin zəiflədiyini göstərən əlamətlər var. Nə Rusiya, nə də Ukraynanın heç bir qalibiyyət və ya güzəştə getmək istəyi yoxdur. Ukrayna ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə apararkən, Rusiya Ukraynanı “nasifikasiya etmək”, onun NATO və digər Qərb strukturlarına qoşulmaq istəyinin qarşısını almaq istəyir. Putin əvvəlki illə müqayisədə 2024-cü ildə özünə daha çox inanır. Qərbin dəstəyinin azalması Putinin Ukraynada qələbə ümidlərini daha da artırır. Avropanın Ukraynaya verə biləcəyi sursat və hərbi texnika məhduddur. Çünki artıq öz ehtiyatları tükənib.

3. ABŞ-dakı seçkinin qeyri-müəyyənliyi

Seçkilər həmişə vacibdir. 2024-cü ildə dünyanın müxtəlif ölkələrində 2 milyard insan səs vermək üçün sandıq başına gedəcək. Qlobal qeyri-sabitlik dövründə bu qədər insanın səsvermədə iştirakından daha vacib heç bir şey yoxdur. Noyabr ayının ilk günlərində isə bütün gözlər ABŞ-da olacaq. Çünki noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilər Donald Trampın Ağ Evə qayıtmasını təmin edə bilər. Tramp Respublikaçı rəqiblərini xeyli qabaqlayır. Rəy sorğularına görə, demokratlardan Co Baydenin nüfuzu isə yaşı ilə əlaqədar xeyli aşağı düşüb. İnsanlar onun prezident seçilməsi üçün çox yaşlı olduğunu düşünürlər.

4. Ərazi mübahisələri

Şərqi Avropa və Yaxın Şərqdəki müharibələrin göstərdiyi kimi, biz geosiyasi dönüş nöqtəsindəyik. Avtoritarizm tendensiyası və Qərb hegemonluğunun çoxdan gözlənilən məğlubiyyəti, nəhayət, baş verdi. Çin və Rusiya Amerikanın birqütblüyündən qəti şəkildə uzaqlaşdılar. Geosiyasi güc oxları bir tərəfdən ABŞ və Aİ, digər tərəfdə isə Çin, İran, Rusiya və Şimali Koreyanı göstərir. Bu, daha təhlükəli və qeyri-müəyyən qlobal mühitə gətirib çıxarır. Ərazi mübahisələri fonunda baş verən müharibələr getdikcə artmaqdadır.

Azərbaycanın uzun müddətdir mübahisəli olan Dağlıq Qarabağ bölgəsini ildırım sürəti ilə özünə qaytarması bunun yalnız bir nümunəsidir.

5. Süni intellekt inkişaf edir

Süni intellektin sürətli və bəzən həyəcan verici inkişafı davam edir. Əslində mövcud məlumatlar əsasında mətn, şəkillər və ya dizayn kimi yeni məlumatlar istehsal edən generativ süni intellektin tarixi 1950-ci illərə gedib çıxır. Ancaq biz bu həqiqətləri yalnız indi görə bilirik. Süni intellekt texnologiyası həyatımızın hər sahəsinə təsir etməyə başlayıb. Süni intellekt sistemləri inkişaf etdikcə məxfilik, qərəzlilik və məsuliyyətlə bağlı suallar isə getdikcə daha əhəmiyyətli olur. Süni intellekt sistemlərinin insan hüquq və azadlıqlarına hörmət etməsini necə təmin edə bilərik? Demokratik proseslərə süni intellekt müdaxiləsini necə izləmək və qarşısını almaq olar? Süni intellektlə qərar qəbul edərkən qərəzlilik riskini necə azalda bilərik? Bunlar siyasətçilərin, tədqiqatçıların və ümumilikdə cəmiyyətin həll etməli olduğu suallardan yalnız bəziləridir. Amma süni intellekt mütəxəssisləri texnologiyanın gələcək miqyasını və nəticələrini belə başa düşə bilmirlər. Dəyişikliklərin sürətini və onun bəşəriyyətə geniş təsirini nəzərə alsaq, bu, narahatedici bir fakt hesab oluna bilər. 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Putin ŞƏT sammitində onunla altı dəfə danışıb

Finlandiya sentyabrın 1-dən ölkəyə giriş qaydalarını sərtləşdirəcək  

Ən çox oxunanalar