Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN 12 yaşında nişanlanan qızın durumunu nəzarətdə saxlayacaq - Yenilənib

Sabirabad rayonunda 12 yaşlı yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq...

Bu barədə Poliqon-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.

***

Sabirabadda uşaq evliliyinə cəhd olunması ilə bağlı məlumat mediada və sosial şəbəkələrdə yayılmadan öncə rayondan daxil olan məlumat əsasında aidiyyəti qurumların əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın həmçinin Polis əməkdaşlarının və Komitənin Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarının iştirakı ilə ailəyə səfər olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, məsələ ilə bağlı ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, yekun olaraq valideynlərdən azyaşlı qızın 18 yaşı tamam olana qədər toy mərasiminin baş tutmayacağına dair yazılı izahat alınıb: "Əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Ailə Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır. Baş verənlər qızın psixoloji durumuna mənfi təsir göstərməsin deyə Komissiyanın və mərkəzin psixoloqları onunla tez-tez görüş də təşkil edəcəklər".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Ən çox oxunanalar