Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə atəşkəslə bağlı son vəziyyət necədir?

İsrail və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında davamlı atəşkəsə nail olmaqdan uzaqdır...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın The New York Times qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Qəzzada sülhün əldə edilməsi indi mümkün görünmür, çünki hər iki tərəf, İsrail və HƏMAS qeyri-mümkün şərtlər irəli sürürlər.

NYT qeyd edir ki, hərbi əməliyyatların uzanması münaqişənin bütün Yaxın Şərq regionuna yayıla biləcəyi qorxusunu artırır.

Ötən gün Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında onu Qəzza zolağında hərbi əməliyyatlar zamanı mülki itkilərin sayını azaltmaq üçün tədbirlər görməyə çağırıb, həmçinin onunla HƏMAS hərəkatına qarşı məhdudiyyətlər tətbiq etmək üçün Avropa İttifaqının hərəkətlərini müzakirə edib.

Ötən günlərdə yayılan məlumatlara görə, Misir, Qətər, ABŞ, İsrail, Fələstin rəhbərliyi və HƏMAS-ın siyasi qanadı arasında müxtəlif formatlarda atəşkəs danışıqları aparıldığı barədə xəbərlər yayılsa da, hələlik heç bir rəsmi açıqlama yoxdur. Bu arada Fələstin prezidenti Mahmud Abbas deyib ki, onların Qəzzada məsuliyyəti öz üzərinə götürməsi üçün hücumlar tamamilə dayandırılmalı, humanitar yardımlar çatdırılmalı və fələstinlilərin deportasiyasının qarşısı alınmalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar