Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniya Aİ-nin ABŞ-ın Qırmızı dənizdəki əməliyyatında iştirakına veto qoyub

İspaniya Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün ABŞ əməliyyatında Avropanın iştirakına veto qoyub...

Poliqon xəbər verir ki, bu barədə İspaniyanın El Confidencial qəzeti məlumat yayıb.

"İspaniya ABŞ-ın Qırmızı dənizdəki təhlükəsizlik missiyasını əngəlləyir", deyə nəşr yazıb.

Qeyd olunur ki, çərşənbə günü Madriddə keçirilən fövqəladə iclasda Avropa İttifaqı Siyasi və Təhlükəsizlik Komitəsi (COPS) Atalanta əməliyyatını genişləndirərək, Avropanın müdaxiləsini yekdilliklə təsdiqləyib. Lakin cümə axşamı İspaniya mövqeyini dəyişib və bir gün əvvəl qəbul etdiyi qərara veto qoyub.

Diplomatik mənbələr qeyd edib ki, Madrid mövqeyinin dəyişməsinin səbəblərini tərəfdaşlarına izah etməyib. Bundan

Qeyd edək ki, dekabrın 15-də husilərin Qırmızı dənizdə iki konteyner gəmisinə hücum etdiyi bildirilib. Husilər davranışlarını İsrailin Qəzza zolağındakı hərəkətlərinə reaksiya kimi izah edirlər.

"Financial Times" yazıb ki, ABŞ ən azı 5 müttəfiqi ilə birlikdə Qırmızı dənizdə husilərin hücumuna məruz qalan ticarət gəmiləri üçün təhlükəsiz dəhliz yaratmaq niyyətindədir.

İngiltərənin "The Times" qəzeti Pentaqondakı mənbələrə istinadən yazır ki, Birləşmiş Ştatlar son bir neçə onillikdə Qırmızı dəniz regionunda ən güclü hərbi-dəniz dəstəsini yaradıb. Nəşr qeyd edir ki, hazırda Qırmızı dənizdə Amerikanın "USS Laboon", "USS Carney" və "USS Thomas Hudner" esminesləri, həmçinin Ohayo sinfinə aid nüvə sualtı qayığı var. Onlara Britaniyanın "HMS Diamond" esminesi və Fransa Hərbi Dəniz Qüvvələrinin Fransanın çoxməqsədli "Lanqedok" freqatı dəstək verir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Ən çox oxunanalar