Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Qəzzanın cənubundakı əsas şəhərin boşaldılmasını tələb edir  

İsrail hakimiyyəti Qəzza zolağında Xan Yunis şəhərinin mərkəzi və cənub hissəsindən mülki əhalinin təxliyəsi barədə göstəriş verib...

Poliqon xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.

OCHA-nın məlumatına görə, bu ərazidə əvvəllər Fələstin anklavının şimalını tərk etməli olmuş 141 mindən çox insan məskunlaşan 32 sığınacaq var.

Qeyd edək ki, oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı tərəfdarının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb, onun məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsidir.

İsrail Qəzza zolağına su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib və kütləvi atəşə başlayıb. Dekabrın 5-də İDF Qəzza zolağında quru əməliyyatının üçüncü hissəsinə başlayıb və zolağın cənubundakı Xan Yunis şəhərini mühasirəyə alıb.

Noyabrın 22-də İsrail və HƏMAS humanitar fasilə və bəzi girovların azad edilməsi barədə razılığa gəliblər. Atəşkəsin bağlandığı həftə ərzində HƏMAS 110 girovu azad edib.

Poliqon.info


Etiket: İsrail Qəzza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Ən çox oxunanalar