Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkumlar üçün yeni peşə sahələrinin yaradılması müzakirə olunub

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların sosial reabilitasiyasının təkmilləşdirilməsi, onların əməyə, müxtəlif peşə kurslarına və təhsil proqramlarına cəlb olunması məqsədilə işlər davam etdirilir...

APA Penitensiar xidmətə istinadən xəbər verir ki, birgə uğurlu layihələrin genişləndirilməsi və perspektivlərin müzakirə olunması məqsədilə Penitensiar xidmətin Baş idarəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin əməkdaşları ilə görüş keçirilib.

Xidmət rəisinin müavini ədliyyə general-mayoru Oqtay Məmmədov qonaqlara məhkumların islah prosesində əməyə cəlb olunmasında, onlara peşə bacarıqlarının öyrədilməsində nailiyyətlərdən və bu sahədə Penitensiar xidmətin digər dövlət qurumları və özəl sektor nümayəndələri ilə qarşılıqlı fəaliyyət imkanlarından danışıb.

Dövlət Məşğulluq Agentliyi sədrinin müavini Cəmaləddin Quliyev azadlıqdan məhrum edilmiş şəxslərin peşə hazırlığı, onlar üçün yeni istehsal sahələrinin yaradılması ilə bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən verilə biləcək dəstək imkanlarından və layihələrdən söz açıb, təkliflərini bildirib.

Görüş zamanı, həmçinin, Penitensiar xidmətdə mövcud istehsal sahələrinin müasirləşdirilməsi, yeni istehsal sahələrinin yaradılması, hazırda məhkumlara verilən peşə təhsili istiqamətlərinin təkmilləşdirilməsi və eyni zamanda yeni peşə sahələrinin yaradılması, sahibkarların bu məqsədlə prosesə cəlb edilməsi və stimullaşdırılması üçün görülməli olan işlər və bu istiqamətdə qanunvericilik bazasının uyğunlaşdırılması məsələləri müzakirə olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar