Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol hərəkətinin təşkilinin texniki vasitələrinə dair dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 943:2023 “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Yol nişanlarına, nişanlama xətlərinə, svetoforlara dair tələblər (quraşdırılması, ölçüləri və xüsusiyyətləri) və onlardan istifadə qaydaları” yeni dövlət standartı qəbul edilib...

“APA-Economics”in Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbərinə görə, bu standart Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetməni təkmilləşdirmək, müasir innovativ metodları tətbiq etmək, ölkədə “təhlükəsiz yol hərəkəti sistemi”ni yaratmaq, yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə və təbliğat işini təkmilləşdirmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən işlənib hazırlanıb.

Standart layihəsi bir sıra dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, həmçinin universitetlərin nümayəndələrinin iştirak etdiyi “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 43) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Ən çox oxunanalar