Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaş: “36 dəqiqə təcili yardım gözləmişik” - Şikayət + Açıqlama

Vətəndaş Abşeron rayonu Saray qəsəbəsində tibbi xidmətin keyfiyyətindən narazıdır.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Məlumatda qeyd edilib ki, sözügedən ərazidə yaşayan sakin 36 dəqiqə təcili tibbi yardımın “103 - Çağrı Mərkəzi”nə zəng etməyə çalışıb. Operator isə onu gah Sumqayıta, gah da Xırdalana yönləndirib. Xırdalandakı nömrələrdən isə zənglərə cavab verən olmayıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsi Abşeron rayon inzibati ərazisinin əhalisinə xidmət göstərir. Sosial şəbəkədə yayılan məlumatla bağlı isə müvafiq araşdırmalara başlanılıb.

 
“Şöbəyə pasiyentlər birbaşa müraciət edə və ya təcili tibbi yardım briqadaları vasitəsilə çatdırıla bilərlər. “103” xidmətinin əhatə dairəsi geniş olduğu üçün Abşeron rayonundan edilən çağırışlar Bakı və Sumqayıta daxil olur, oradan isə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinin əlaqə nömrəsi vətəndaşlara təqdim edilir. Bu səbəbdən də çağırışlar gecikə bilir. Məlumat üçün bildirək ki, gün ərzində çağırışların sayı 120-130, mövsümi xəstəliklərlə bağlı isə 150-dən çox ola bilər. Bu səbəbdən də Abşeron rayon inzibati ərazisinin sakinlərinə çağırış verərkən (012) 342-28-11 nömrəsi ilə əlaqə saxlamalarını tövsiyə edirik”, - deyə TƏBİB-dən bildirilib.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

UEFA Avropa Liqası:  "Elfsborq" - "Qarabağ" oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb    

Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Ən çox oxunanalar