Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2022-ci ildən sonra ilk dəfə: Fiko Rusiya səfirini qəbul edəcək...

Ukraynaya yardımdan imtina edən Slovakiyanın yeni baş naziri Robert Fiko Rusiyanın səfiri İqor Bratçikovla görüşmək niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Facebook-da bildirib. Fiko bu rütbəli rusiyalı diplomatla rəsmi görüş keçirən ilk avropalı siyasətçi olacaq.

Fiko həmçinin ABŞ səfiri Qautam Rana ilə də görüşəcək.

"Mən Amerika və Rusiya səfirləri ilə onların hər birinə hörmət edərək görüşəcəyəm, çünki mən ağ-qara eynək taxmıram və vahid siyasi fikrin siyasətini rədd edirəm", deyə Baş nazir bildirib.

Qeyd edək ki, 2022-ci il fevralın 24-dən sonra Rusiya səfirləri ilə yalnız Xarici İşlər nazirliklərinin nümayəndələri görüşüb.

Oktyabrda Slovakiyada keçirilən seçkilərdə müxalifət partiyasının qələbəsindən sonra onun lideri Robert Fiko ölkənin Baş naziri seçilib. O, Rusiya ilə müharibədə Ukraynanın dəstəklənməsinə açıq şəkildə qarşı çıxır və bütün yardım proqramlarını ləğv edərək, döyüşməkdənsə, 10 il sülhü müzakirə etməyin daha yaxşı olduğunu müdafiə edir.

Bundan əlavə, siyasətçi son 70 ildə Avropada baş verən ən böyük müharibəni "dondurulmuş münaqişə" adlandırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Cinayət planları ilə gəzən qatillər: Ailəsini baltalayanlar, övladını girov götürənlər...

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Ən çox oxunanalar