Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senator Uelç İsrail və HƏMAS arasında həmişəlik atəşkəs əldə etməyə çağırıb

Demokrat senator Peter Uelç İsrail və HƏMAS arasındakı qarşıdurmada həmişəlik atəşkəs əldə edilməsinə çağırıb...

Poliqon xəbər verir ki, senatorun sözlərini The Hill nəşri sitat gətirib.

“Yaxın Şərqdəki münaqişənin təsiri bütün dünyada əks-səda verdi və biz ABŞ-da islamafobiya və antisemitizm şəklində bunun nəticələrini görürük. Qorxu, qorxutma və zorakılıq dövrü bitməlidir”, deyə Uelç bildirib.

“İndiyədək atəşkəs əsasən uğurlu olub. Qətər və Misirin fəal iştirakı, həmçinin prezident Bayden və Netanyahu hökumətinin şəxsi iştirakı sayəsində girovlar azad edildi. Amma atəşkəs bu həftə başa çatır. Bu, ciddi səhv olardı”, deyə senator əlavə edib.

Bundan əvvəl Amerikanın CNN telekanalı mənbəyə istinadən məlumat vermişdi ki, Misir, İsrail, QətərABŞ nümayəndələri İsrail və Qəzza zolağı arasında atəşkəsin uzadılması üzərində işləyirlər.

Hazırda Qətərin paytaxtı Dohada Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri Devid Barnea və HƏMAS rəhbərliyi ilə sıx əlaqələr saxlayan Qətər nümayəndələri danışıqlar aparırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Ən çox oxunanalar