Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni deputat: Hakimiyyət Rusiya ilə münasibətləri elə həddə çatdırmağa çalışır ki...

Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri durmadan gərginləşdirir, onu dönüşü olmayan həddə çatdırır...

Poliqon xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan İrəvanın bu və ya digər məsələ ilə bağlı son addımlarını şərh edərkən deyib.

Deputatın fikrincə, əsas problem iki ölkə arasında fikir ayrılığının olmaması deyil. Müəyyən məsələlərə münasibətdə həmişə fərqliliklər ola bilər və bu, onun fikrincə, təbiidir. Abramyanın özünün Rusiya Federasiyasının müəyyən qərarları ilə bağlı çoxlu sualları var, lakin başa düşmək lazımdır ki, Moskva regionda əsas aktor olaraq qalır və onunla münasibətləri "basdırmaq" son dərəcə təhlükəlidir:

“Vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, Ermənistan hakimiyyəti münasibətləri hər cür gərginləşdirir, münaqişəyə gətirib çıxarır və onu elə həddə çatdırmağa çalışır ki, bundan sonra normal vəziyyətə qayıtmaq mümkün olmayacaq”, deyə müxalifəti təmsil edən deputat bildirib.

Abramyan əmindir ki, münasibətlərin bərpası üçün potensial tükənməyib, lakin bu, nə istəyi, nə də iradəsi olmayan indiki Ermənistan hakimiyyəti dövründə baş verə bilməz, üstəlik, ideoloji baxımdan Ermənistan hakimiyyəti tamam başqa istiqamətdədir.

Son aylar Ermənistan-Rusiya münasibətlərində gərginliyin artması tendensiyası açıq şəkildə müşahidə olunur. İrəvan postsovet məkanında bir sıra inteqrasiya layihələrində iştirakdan praktiki olaraq imtina edib: MDB, KTMT.

Ermənistan rəhbərliyi əvvəllər də dəfələrlə adıçəkilən strukturların himayəsi altında keçirilən sammitləri və tədbirləri boykot edib. Bütün bunlar iki ölkə rəsmiləri arasında qarşılıqlı ittihamlarla müşayiət olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar