Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bolton: İsrail Baydenə görə HƏMAS-la çox pis anlaşma əldə edib

İsrail və HƏMAS arasında girovların azad edilməsi müqabilində hərbi əməliyyatların dayandırılmasına dair razılaşma yəhudi dövləti üçün faydalı deyil..

Poliqon The Hill nəşrinə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton çıxış edib. Boltonun sözlərinə görə, Təl-Əviv cinayətkarları mülki şəxslərlə dəyişməyə məcbur olacaq.

“Saziş, ən azı, elan edilən şərtlərdən başa düşdüyüm qədər, İsrail üçün çox pis razılaşmadır. Bu, HƏMAS terrorçularının xeyrinə 3:1 nisbətində İsrail həbsxanalarında olan cinayətkarların mülki şəxslərin dəyişdirilməsidir”, deyə Bolton fikrini izah edib.

Siyasətçi əlavə edib ki, İsrail ABŞ prezidenti Co Bayden administrasiyasının “təzyiqləri” səbəbindən bu razılaşmaya gedib. Bolton vurğulayıb ki, Vaşinqton artıq Tel-Əvivə əvvəlki qədər kömək etmir.

“Bu sazişin ümumilikdə İsrailə necə strateji fayda gətirdiyini görmürəm. Əminəm ki, İsrail Müdafiə Qüvvələri fasilədən müəyyən fayda əldə edəcək. Mahiyyət etibarı vaxt qazanmaq HƏMAS-ın xeyrinədir”, deyə ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri bildirib.

Bolton qeyd edib ki, humanitar problemləri başa düşür, lakin İsrail təkcə HƏMAS tərəfindən təhdid edilmir:

"Mən humanitar problemləri həqiqətən başa düşürəm, lakin 220 girov və 9 milyon digər İsrail vətəndaşı var ki, onlar təkcə HƏMAS tərəfindən deyil, həm də “Hizbullah” və əsasən də İran tərəfindən təhdid edilir", deyə ABŞ prezidentinin keçmiş müşaviri fikrini yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün HƏMAS-la İsrail arasında razılaşma təsdiqlənib. Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan ediləcək və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək. Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə veriləcək. Fasilə bitdikdən sonra İsrail Fələstin anklavındakı problemləri həll etməyə davam edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay