Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Papanın israilli girovların ailələri ilə görüşü qəzəb fırtınasına səbəb olub

Fransiskin Qəzza ilə bağlı toplantıda dediyi sözlər səs-küyə səbəb olub və etirazla qarşılanıb...

Papa Fransisk Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən Qəzza zolağında saxlanılan israilli girovların ailələri ilə ayrı-ayrılıqda görüşüb...

Poliqon xəbər verir ki, öz çıxışında Papa “terror" və "soyqırım" kimi sözlər işlətdiyinə görə hiddət fırtınası yaradıb. Bu barədə Politico nəşri məlumat yayıb.

Nəşr yazır ki, Pontifik Müqəddəs Pyotr meydanında həftəlik ümumi auditoriyasının sonunda keçirilən görüşlərdən danışıb.

“Burada biz müharibədən kənara çıxdıq. Bu artıq müharibə deyil, terrordur. Xahiş edirəm sülhü davam etdirək. Sülh üçün dua edin, sülh üçün çoxlu dua edin, deyə Papa bildirib.

Qeyd edək ki, Papa Fransisk əvvəllər dəfələrlə müharibəni dayandırmağa çağırıb və münaqişələrdə Vatikanın tipik diplomatik neytrallığını qorumağa çalışıb. Lakin bu dəfə görüşdə iştirak edən fələstinlilər bildiriblər ki, din xadimi jurnalistlərin iştirak etmədiyi şəxsi görüşlərində Qəzzədəki vəziyyətin dəhşətlərini təsvir etmək üçün “soyqırım” ifadəsindən istifadə edib.

Vatikanın sözçüsü Matteo Bruni Fransiskin soyqırımı nəzərdə tutduğuna inanmadığını deyib. İsrailli girovların qohumlar da öz növbəsində Papa Fransiskə onları qəbul etdiyinə görə təşəkkür edib. Onlar ümid ediblər ki, Papa bütün girovları azad etmək üçün mənəvi nüfuzundan istifadə edə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Bitum qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

Ən çox oxunanalar