Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS əsir götürdüyü iki rus qadını azad edəcək

Oktyabrın 7-də İsrailin cənubunda HƏMAS silahlıları tərəfindən girov götürülən və Rusiya vətəndaşlığı olan iki qadın atəşkəs qüvvəyə mindikdən dərhal sonra azad ediləcək...

Poliqon xəbər verir ki, bu barədə HƏMAS-ın xarici əlaqələr şöbəsinin rəhbəri Bassem Naim məlumat verib.

“Hələlik bu məsələ ilə bağlı dəqiq məlumatım yoxdur, lakin məndə olan məlumata görə, iki rusiyalı qadın atəşkəsdən dərhal sonra azad olunacaq”, hərəkatın nümayəndəsi “RİA Novosti” Agentliyinə bildirib.

Bununla belə, Naim həmçinin bildirib ki, HƏMAS onların azad edilən ilk girovlar sırasında olub-olmayacağına hələ qərar verməyib. Azad ediləcək girovların siyahıları Qətər, Misir və ABŞ-ın iştirakı ilə tərtib edilir.

Qeyd edək ki, bu gün, noyabrın 22-də məlum olub ki, HƏMAS və İsrail 50 israilli girov və 150 fələstinli məhbusun azad edilməsi müqabilində Qəzza zolağında dörd günlük atəşkəs yaratmaq barədə razılığa gəliblər.

Qətər Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Qəzza zolağında atəçkəsin başlanması 24 saat ərzində elan ediləcək. The New York Times qəzetinin mənbələrə istinadən yaydığı məlumatına görə, girov mübadiləsi noyabrın 23-dən tez olmayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Ən çox oxunanalar