Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS girovların qaytarılması ilə bağlı İsraillə razılaşmanı təsdiqləyib

Fələstinin HƏMAS hərəkatı İsraillə Qəzza zolağında saxlanılan girovları azad etməyi planlaşdırdığı razılaşmanın təfərrüatlarını açıqlayıb...

Poliqon xəbər verir ki. Bu barədə HƏMAS-ın telegram kanalında bildiriilib. Eyni zamanda bu gün, noyabrın 22-də saziş İsrail hökuməti tərəfindən xüsusi iclasda təsdiqlənib.

Razılaşma dörd günlük atəşkəsə əsaslanır. HƏMAS-ın Telegram kanalında bildirilir ki, hərəkat bu müddət ərzində 50 girovu, 19 yaşından kiçik qadın və uşaqları azad edəcək. Bunun müqabilində İsrail öz həbsxanalarıdan 150 fələstinli qadın və azyaşlı uşağı azad edəcək.

Atəşkəs dövründə Qəzza zolağına “yüzlərlə yük maşını humanitar, təcili və tibbi yardım” və yanacaq buraxılacaq. Qəzza zolağının cənub hissəsi üzərində uçuşlar dörd gün müddətinə dayandırılacaq, şimalda isə altı saatlıq, saat 10:00-dan 16:00-a qədər qadağa qoyulacaq. HIMAS qeyd edib ki, razılaşma Qətər və Misirin səyləri ilə əldə olunub.

İsrail tərəfinin verdiyi məlumata görə, sazişin birinci mərhələsində 30 uşaq, 8 ana və daha 12 qadının azad edilməsi planlaşdırılır. Birinci mərhələ başa çatdıqdan sonra HƏMAS əlavə sayda girovu azad edəcək və bunun müqabilində hər girova görə üç məhbus, hər on girov üçün isə bir gün atəşkəs əldə edəcək. İsrail ordusunun məlumatına görə, Qəzzada 240-a yaxın israilli və əcnəbi girov saxlanılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar