Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu öz hökümətində “köstəbək” axtarır

Benyamin Netanyahu Nazirlər Kabinetinin üzvləri arasından sızmaların qarşısını almaq üçün onları poliqrafiya müayinəsindən keçməsini tapşıracaq...

İsrailin Baş naziri Benyamin Netanyahu Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) üzvlərinə məlumat sızmasının qarşısını almaq üçün hökumət üzvlərini poliqrafiya müayinəsindən keçirməyi tapşırıb.

Poliqon xəbər verir ki, belə bir məlumatla İsrailin “Kan” dövlət televiziya və radio şirkəti Netanyahunun ofisində hazırlanan qanun layihəsinin mətninə istinadən çıxış edib.

Telekanalın məlumatına görə, “Şin Bet” hələ də hökümət üzvlərini belə yoxlamaya cəlb etməyə razılıq verməyib. Yayımçı qeyd edir ki, təhlükəsizlik qüvvələri hökumətdən sızmaların qarşısını almaq üçün baş nazirlə razılaşsalar da, mətndə işlədilən ifadə ilə razılaşmırlar.

Yeni qanun layihəsinə əsasən, iclaslarda iştirak edəcək Nazirlər Kabinetinin bütün üzvləri, hüquq məsləhətçiləri və təhlükəsizlik sistemlərinin rəhbərləri poliqrafiya müayinəsindən keçməlidirlər. Netanyahunun özü ürək stimulyatorunun olması səbəbindən sınaqdan azad ediləcək.

Baş nazirin ofisi hələ ki, “Kan”ın məlumatını şərh etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar