Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kennedi: Rusiyanı zəiflətmək Amerika üçün faydalı deyil

ABŞ-da prezidentliyə müstəqil namizəd kiçik Robert Kennedi hesab edir ki, Rusiyanın zəifləməsi ABŞ-ın milli maraqlarına ziddir...

Poliqon xəbər verir ki, Kennedi bu barədə “Responsible Statecraft” nəşrinə danışıb. Kiçik Kennedinin sözlərinə görə, bu gün ABŞ-ın strategiyası Rusiyanın zəiflədilməsinin Amerikanın milli maraqlarına uyğun olması ideyasına əsaslanır.

“Bu fikir yanlışdır. Zəif və qeyri-sabit Rusiya bizim təhlükəsizliyimizə fayda verməyəcək, yalnız bizə zərər verəcək”, deyə siyasətçi bildirib.

Qeyd edək ki, Kennedi dəfələrlə RusiyaABŞ arasında “konstruktiv dialoq”un qurulmasının zəruriliyini bəyan edib. Onun fikrincə, Amerikanın hazırkı prezidenti Co Baydenin Rusiya ilə münasibətlərdə hərəkətləri “dərin səhvdir”.

Xatırladaq ki, kiçik Robert Kennedi qətlə yetirilən ABŞ prezidenti Con Kennedinin qardaşı oğludur və 69 yaşı var. Aprel ayında o, 2024-cü ildə Demokratik prezidentliyə namizəd olmaq üçün müraciət edib, lakin sonda müstəqil namizəd kimi kampaniya aparmaq qərarına gəlib. Quinnipiac Universitetinin sorğusuna əsasən, kiçik Robert Kennedinin seçki reytinqi hazırda təxminən 12% təşkil edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay