Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İordaniya kraliçası İsraili Qəzzalılara qarşı hərbi cinayətlərdə ittiham edib

İordaniya kraliçası Rania hesab edir ki, oktyabrın 7-də İsrail xalqına hücum edən radikal HƏMAS hərəkatının tamamilə məhv edilməsi Fələstin-İsrail münaqişəsini aradan qaldırmayacaq...

Poliqon xəbər verir ki, kraliça bu barədə Amerikanın CNN telekanalına müsahibəsində danışıb.

Kraliça qeyd edib ki, bu münaqişənin kökləri qanunsuz işğalda, insan hüquqlarının pozulmasında və qeyri-qanuni yaşayış məskənlərinin salınmasındadır. Kraliça bütün bunların əsas səbəbini aradan qaldırmağa çağırıb.

Rania İsrail hakimiyyətinin Qəzza zolağında mülki hədəflərə zərbə endirməzdən əvvəl yaydığı xəbərdarlığın praktiki olaraq işə yaramadığı fikrini ifadə edib, çünki oktyabrın 7-dən anklavda elektrik enerjisi kəsilib.

Kraliça bunu İsrail hakimiyyətinin öz hərəkətlərinə legitimlik vermək cəhdi adlandıraraq, HƏMAS-ın guya dinc əhalidən canlı qalxan kimi istifadə etdiyini deyərək özünə haqq qazandırdığını vurğulayıb. Eyni zamanda o, mülki insanlardan canlı qalxan kimi istifadənin cinayət olduğunu xatırladıb.

İordaniya kraliçası əlavə edib ki, Cebaliya qaçqın düşərgəsinə endirilən zərbə təsadüfi deyil, bu da müharibə cinayətidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar