Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belçikada ev heyvanlarının sahibləri ilə birlikdə dəfn edilməsinə icazə verilib

Belçikanın Vallon bölgəsindəki səlahiyyətlilər, sahibi ev heyvanı ilə birlikdə dəfn olunmaq istəyərkən riayət edilməli olan qaydalara dair izahat dərc edərək, praktikanı effektiv şəkildə qanuniləşdirib...

Poliqon xəbər verir ki, bu barədə məlumat Vallon bölgəsinin adminstrasiyasının rəsmi saytında yerləşdirilib. Məlumatda qeyd edilir ki, səlahiyyətlilər birgə dəfnin əsas şərti heyvanın sahibinin ölümündən əvvəl kremasiya olunmasıdır. Belə ki, sahibinin ölümündən sonra heyvanın evtanaziyasına rəsmi icazə verilmir.

“Ev heyvanının külü ilə birlikdə dəfn olunmaq arzusu ancaq o halda həyata keçə bilər ki, heyvan sahibi ölməzdən əvvəl ölsün və heyvanın külü mərhumun dəfni zamanı məzara qoyula bilər”, deyə Vallon bölgəsinin administrasiyanın saytında bildirilir.

Belçikanın RTBF televiziya kanalı cənazə evinin əməkdaşlarından müsahibə götürüb, onlar heyvanlarla birgə dəfn üçün bu cür istəklərin olduğunu və əslində bu istəklərin sağlığında belə arzunu ifadə edənlərin qohumlarından gəldiyini təsdiqləyiblər. Xüsusilə, dünyasını dəyişən iki it sahibinin yaxınları belə bir xidmət üçün müraciət ediblər, lakin həmin vaxt itlərin ikisi də sağ olublar. Lakin qohumların əlaqə saxladığı baytar, sahibinin vəsiyyətini yerinə yetirmək üçün heyvanların evtanaziyasına razı olmayıb. Bənzər bir hadisə on pişiyin sahibi ilə də qeydə alınıb, o da ev heyvanları ilə birlikdə basdırılmaq arzusunu ifadə edib.

Qəbiristanlıqların işinə cavabdeh olan regional rəsmi Kristof Kollinyon telekanala müsahibəsində bildirib ki, bu məsələyə aydınlıq gətirmək üçün müvafiq qətnamə qəbul ediləcək.

“Çaşqınlığın qarşısını alacaq və dəfn mərasimlərinin normal təşkilini asanlaşdıracaq qətnamə qəbul ediləcək. Bu matəm anları ailələr tərəfindən şərh edilməməlidir”, deyə rəsmi bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar