Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcü deputat: Tbilisi İrəvanla Bakı arasında münasibətləri normallaşdırmağa cəhd edir

Gürcüstan müəyyən mənada regionda lider rolunu öz üzərinə götürmək istəyir. Tiflisin İrəvanla Bakı arasında münasibətləri normallaşdırmaq səylərini də məhz bu şərtləndirir...

Poliqon xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze İctimai Televiziyanın efirində bildirib.

Onun sözlərinə görə, “3+3” formatı Gürcüstan üçün qəbuledilməzdir, lakin Tiflis Türkiyə ilə ikitərəfli münasibətləri inkişaf etdirmək üzərində işləməkdə davam edir və üçtərəfli Gürcüstan-Ermənistan-Azərbaycan formatını formalaşdırmağa çalışır.

“Gürcüstan üçün “3+3” formatı qəbuledilməzdir, bizim mövqeyimiz çox qətidir - ölkənin ərazisi işğaldan azad olunmayana və Rusiya ərazi bütövlüyümüzü tanımayana qədər biz bu formatda iştirak etməyəcəyik”, deyə Samxaradze bildirib.

Lakin bu o demək deyil ki, Tiflis daxili Qafqaz proseslərindən kənarda qalacaq. Samxaradze izah edib ki, ölkəsi daha böyük sülh haqqında sazişin imzalanacağı yerə çevrilməyə çalışır:

“Gürcüstan Qafqazdakı iqlimin siyasi və iqtisadi əməkdaşlığa töhfə verməsini vacib hesab edir”.

O, Gürcüstan tərəfi olmadan “3+3” formatında keçirilən görüşün yekunları üzrə Tehranda qəbul edilmiş kommünikenin birinci bəndinə də toxunub. Samxaradze qeyd edib ki, dövlətlər beynəlxalq hüquq prinsipləri əsasında ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını bildirir.

Xatırladaq ki, oktyabrın 23-də Tehranda keçirilən görüşdən sonra Ermənistan, Rusiya, İran, Türkiyə və Azərbaycan xarici işlər nazirləri 9 bənddən ibarət bəyanat qəbul ediblər.

Öz növbəsində, Gürcüstan Qarabağda 44 günlük müharibədən bəri dəfələrlə İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi üçün platforma təklif edib. Baş nazir İrakli Qaribaşvilinin özü dəfələrlə platforma - dinc qonşuluq təşəbbüsü yaratmaq ideyası ilə çıxış edib, onun çərçivəsində üç ölkə arasında mədəni, iqtisadi və digər məsələləri həll etmək mümkün olacaq. 2022-ci ilin iyulunda belə bir cəhd edilib: ErmənistanAzərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Tiflisdə ikitərəfli görüş keçirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Ən çox oxunanalar